Şimal bölgəsində seçki təlimi

post-img

Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib. 57 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə məntəqə seçki komissiyalarının üzvləri üçün 10 günlük treninqlər başlayıb. Tədbirdə 288 məntəqə üzvü iştirak edir.

Prezident seçkilərinin yüksək səviyyə­də keçirilməsində treninqlər əhəmiyyətli rola malikdir. Tədbir Mərkəzi Seçki Ko­missiyasının “Treninq qrupu” tərəfindən hazırlanan cədvələ əsasən, təxminən 40 nəfərədək aşağı seçki komissiyası üzvü­nün iştirakı ilə qruplar şəklində keçirilir. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.

Treninqlər, həmçinin şimal bölgəsində olan 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar və 61 saylı Qusar seçki dairələri üzrə də təşkil edilib.

Prezident seçkilərinin yüksək səviy­yədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsində müstəsna rolu olan treninq layihəsi, ümumilikdə, 38 minə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.

Treninqlər seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq 3-10 gün ərzində keçiriləcək.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər