Paytaxtın Nərimanov rayonunda seçkiyə hazırlıq

post-img

Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar 19 saylı Nərimanov birinci seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlərə başlanılıb. Təlimlərdə əsas məqsəd seçki komissiyaları üzvlərinin məlumatlılığını, peşəkarlığını artırmaqdır. Treninqlərdə 37 seçki məntəqəsindən 222 nəfərin iştirakı nəzərdə tutulub.

Məşğələləri Mərkəzi Seçki Komis­siyasının təlim kursunda iştirak edən Bəhruz Cabbarlı və Şamil Məmmədov aparırlar.

Treninqdə səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və və­zifələri, seçki prosesində müstəsna hal­lar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, yekun pro­tokolun doldurulması, səsvermə prose­sinə dair praktiki tapşırıqlarla bağlı mə­lumatlar verilir. Təlim iştirakçılarına həm də MSK tərəfindən hazırlanmış yaddaş kitabçaları və əyani vəsaitlər verilir.

Qeyd edilib ki, seçkilərə hazırlıq iş­ləri uğurla davam etdirilir, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilmə­si, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Həmçinin məntəqələr seçki kabinələri, təşviqat, məlumat, seçici siyahısı lövhələri, gene­ratorlar, elektrik fənərlərı, daşınmaz və daşınan seçki qutuları, qeydiyyat dəftər­ləri, Seçki Məcəlləsi, prezident seçkiləri ilə bağlı təlimatlarla təmin olunub. Seçki məntəqələrinin 11-də veb-kamera quraş­dırılıb. Bu da şəffaflığın təmin olunmasın­da mühüm rol oynayır. Sağlamlıq imkan­ları məhdud seçicilər üçün məntəqələrdə panduslar quraşdırılıb.

Treninqlər, həmçinin 18 saylı Nərima­nov–Nizami–Binəqədi, 20 saylı Nərima­nov ikinci seçki dairələrinin də dairə seçki komissiyalarında keçirilir.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər