“İndiyədək 25 min 841 müşahidəçi akkreditasiyadan keçib. Onların 153 nəfəri beynəlxalq müşahidəçilərdir”.
Bu məlumatı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov verib.
O bildirib ki, ölkə üzrə müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasında 2 min 832 müşahidəçi akkreditasiyadan keçib. Dairə seçki komissiyalarında isə konkret dairə ərazisində müşahidə aparmaq üçün 22 min 856 nəfər müşahidəçi akkreditasiyadan keçib.