Hərbi Prokurorluqda geniş kollegiya iclası

post-img

Yanvarın 18-də Hərbi Prokurorluqda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2023-cü il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş prokuror Kamran Əliyev çıxış edərək nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin müdrik siyasətinin ölkəmizə tarixi uğurlar qazandırdığını qeyd etdi.

Hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini–hərbi prokuror Xanlar Vəliyev çoxsaylı ciddi qlobal problemlərə, postpandemiya mərhələsi və müharibədən sonrakı dövr olmasına baxmayaraq, ölkəmizin qüdrətlənməsi və əhalinin rifahının yaxşılaşdırılması prosesinin davamlılığının təmin edilmə­sindən, eləcə də ötən il ölkəmizin əldə etdiyi digər uğurlardan danışıb. 

Vurğulanıb ki, cinayət işlərinin baş­lanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qu­rulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəh­bərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayət­lərin ümumilikdə 99,8 faizi, o cümlədən, bəzi qəbildən olan cinayətlərin 100 fai­zi açılıb. Bildirilib ki, hesabat dövründə qeydə alınmış cinayətlər ötən illə müqa­yisədə ümumilikdə 6,1 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər isə 24,2 faiz azalıb. 

Kollegiya iclasında hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, nəzərdə tutulmuş fəaliyyət istiqamət­ləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub. Bildirilib ki, Hərbi Prokurorluğun kollek­tivi silahlı qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamə­tindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı müba­rizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev prokuror­luq orqanları əməkdaşlarının dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əminamanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gə­tirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını vurğulayıb. 

XQ

Son xəbərlər