Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib. Bu barədə nazirliyin X səhifəsində yazılıb.

“Pençe-Kilit antiterror əməliyyatı bölgəsində Türkiyə hərbi qulluqçuları­nın şəhid olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Şəhid ol­muş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, qardaş Türkiyəyə və şəhidləri­mizin ailələrinə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda bildirilir. 

Qeyd edək ki, İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı böl­gəsində terror təşkilatı üzvlərinin atəşi nəticəsində 9 türk əsgəri şəhid olub.

XQ

Son xəbərlər