XİN: AŞ komissarının Qarabağ hesabatı natamamdır

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurasının insan hüquqları üzrə komissarının 2023-cü il oktyabrın 16–23-də Ermənistana və Azərbaycana səfəri ilə bağlı hesabatını – müşahidələrini qeydə alaraq şərh edib.

Açıqlamada bildirilir: “Komissarın müşahidələrində vurğulandığı kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən son 30 ildə qarşısı alınmış bu səfər Azərbay­canın Qarabağ bölgəsinə insan hüquq­ları üzrə onilliklər ərzində ilk missiya idi. Eyni zamanda, Azərbaycan hökuməti­nin dəvəti və razılığı ilə həyata keçiril­miş sözügedən səfər Azərbaycan hö­kumətinin beynəlxalq insan hüquqları institutlarına münasibətdə şəffaflığının və əməkdaşlığının göstəricisidir”.

Şərhdə daha sonra qeyd olunub ki, bütövlükdə, hesabatda 2023-cü il sentyabrın 19–20-də Azərbaycanın suveren ərazilərində mülki ərazilərə münasibətdə ciddi ehtiyat tədbirləri görülməklə silahlı qüvvələrin həya­ta keçirdiyi lokal antiterror tədbirləri nəticəsində qondarma “etnik təmiz­ləmə” və ya “məcburi köçkünlük” ilə bağlı əsassız iddialar heçə endirili: “Belə ki, komissarın bölgəyə səfəri və apardığı müşahidələr onu göstərib ki, Azərbaycan hakimiyyəti heç bir güc tətbiq etmədən Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qə­rarları olub. Hesabatda xüsusən terror­la mübarizə tədbirlərindən sonra geri qayıtmaq hüququnun və digər insan hüquqlarının təmin edilməsi məqsə­dilə Azərbaycan hökumətinin atdığı bir sıra konkret addımlar göstərilir. Burada yerli erməni sakinlərin reinteqrasiyası məsələsinə və bu proses çərçivəsində nəzərdə tutulan tədbirlərə Azərbayca­nın müsbət niyyəti və yanaşması vur­ğulanır”.

XİN-in açıqlamasında göstəri­lir ki, komissarın hesabatında mü­naqişənin və Ermənistan tərəfindən işğalın xarabalığa çevrilmiş mülki infrastruktura uzunmüddətli təsirlə­ri, azərbaycanlı məcburi köçkünlərin azad edilmiş rayonlara təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququnun tə­min edilməsi məqsədilə aparılan mi­natəmizləmə və yenidənqurma işləri öz əksini tapıb: “Bundan əlavə, Azər­baycanın işğaldan azad edilmiş əra­zilərində kütləvi şəkildə minalarla çirk­lənmə üzrə kəskin problem və bunun ərazilərin reabilitasiyasına, eləcə də keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtma pro­sesinə qarşı yaratdığı əngəllər, habelə onların sağlamlığı və həyatı üçün ciddi risklər hesabatda vurğulanır”. 

Şərhdən aydın olur ki, AŞ komis­sarı Azərbaycan hökumətinin geri qa­yıtma prosesini asanlaşdırmaq üçün atdığı addımları alqışlayır. Bu konteks­tdə, Ermənistanın indiyədək təqdim etdiyi minalanmış ərazilər üzrə xə­ritələrin dəqiqlik dərəcəsinin (cəmi 25 faiz) hesabatda göstərilməsi xüsusilə qeyd olunmalıdır. Əslində, Ermənistan regionda təcavüzkar siyasətini həyata keçirmək və Azərbaycan ərazilərinin işğalını davam etdirmək məqsədilə Azərbaycanın suveren ərazilərində qəsdən kütləvi şəkildə minaların yer­ləşdirilməsi ilə məşğul olub.

XİN-in şərhində bütün bun­larla bağlı bildirilir: “Təəssüf ki, sənəd Ermənistanın başlatdığı və Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı ilə nəticələnən münaqişənin təsirinə məruz qalmış bütün insanların ümumi insan hüquqlarının vəziyyəti ilə bağlı fundamental reallıqları həqiqi mənada əks etdirmir. Ermənistanın Azərbaycana qarşı təcavüzü sistemli şəkildə etnik təmizləmə aktlarına, hərbi cinayətlərə və yüz minlərlə azərbaycanlının, o cümlədən həssas vəziyyətdə olan uşaqların, qocaların və qadınların məcburi köçkünə çevrilməsinə səbəb olduğu məlumdur. Ermənistanın təcavüzü on minlərlə uşağı əsas insan hüquqlarından, o cümlədən yaşamaq, təhsil, təhlükəsizlik, müdafiə və sağlamlıq hüququndan ciddi şəkildə məhrum edib. Regionda iki xalq arasında düşmənçiliyə səbəb olan belə dəlillərin komissarın müşahidələrində layiqincə işıqlandırılacağına ümid bəsləyirdik”.

Açıqlamada qeyd edilir ki, hesa­batda reallıqdan tamamilə uzaq olan və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də tanınmayan Laçın yo­lunun qondarma “blokada”sına isti­nadların yer alması təəssüf doğurur: “Müşahidələr Laçın–Xankəndi yolunda mülki əhalinin etirazlarının, daha sonra isə Azərbaycan–Ermənistan sərhədin­də sərhəd-keçid məntəqəsinin yaradıl­masına səbəb olan faktları göstərmə­yib. Azərbaycan tərəfi Ermənistanın son 3 il ərzində 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı və beynəlxalq hüququ kobud şəkildə pozaraq Azər­baycan ərazisində on min nəfərdən çox qeyri-qanuni silahlı birləşmələrin saxlanılması və dövriyyəsi, minala­rın qanunsuz ötürülməsi daxil olmaq­la Laçın yolundan müxtəlif qanunsuz məqsədlər üçün geniş və sistematik şəkildə sui-istifadə olunması ilə bağlı dəfələrlə əsaslandırılmış sübutlar təq­dim edib. Bu hərəkətlər Azərbaycan tərəfinin çoxsaylı mülki və hərbi itkilər verməsi ilə nəticələnib”.

XİN təəssüflə qeyd edir ki, ko­missarın Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımından sağ çıxan şəxslərlə, o cümlədən müasir Ermənistanda öz yurd-yuvaların­dan qovulmuş Qərbi Azərbaycan İcmasının üzvləri ilə keçirdiyi görüş­lər hesabatda öz əksini tapmayıb: “Azərbaycan XİN komissarın müşa­hidələrində tam ədalətlilik və qərəz­sizlik olmadığını vurğulayır. Komissar məsələləri situasiyaya hərtərəfli baxışı nəzərdən qaçıran dar və yeganə pers­pektivə yönəldir. Bununla əlaqədar, Azərbaycan hesab edir ki, nəticələr komissarın səfəri zamanı birbaşa mü­şahidələrinə deyil, ilk növbədə, digər natamam və qərəzli mənbələrdən əldə edilən məlumatlara əsaslanır”.

XQ

Siyasət