Silahlı Qüvvələrimiz Türkiyə modelinə uyğunlaşdırılır

post-img

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyəti ilə təlim-metodiki toplanış keçirilib.

Kadr orqanı işçiləri, şəxsi heyətin uçotuna, təşkilat-səfərbərlik və qey­ri-məxfi kargüzarlığa cavabdeh şəxslə­rin iştirak etdiyi toplanışda Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov çıxış edib. Azərbaycan Ordusunda kadrların idarə edilməsi üzrə ötən il ərzində görülmüş işlərdən danışan Baş İdarə rəisi 2024-cü ildə qarşıda duran əsas tapşırıqlar barədə iştirakçıları məlumatlandırıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Türkiyə modelinə uyğunlaşdırılması məqsədilə Azərbaycan Ordusunda uğurlu islahat­lar aparılıb. Bu istiqamətdə icra edilən tədbirlərin cari ildə də davam etdirilə­cəyi və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.

Ordumuzun strateji düşüncəyə ma­lik, bacarıqlı kadrlarla komplektləşdiril­məsi, təşkilati-ştat strukturunun təkmil­ləşdirilməsi üzrə icra edilən tədbirlər, əldə edilən nailiyyətlər, həmçinin kadr idarəetmə sisteminin daha da təkmil­ləşdirilməsi üzrə görülən işlərin müsbət təsiri diqqətə çatdırılıb.

Təlim-metodiki toplanışda Azərbay­can Ordusunun kadr işləri üzrə cavab­deh zabitlərinin kadr hazırlığı və komp­lektləşdirmə istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məruzələri dinlənilib.

XQ

Son xəbərlər