Yanvarın 13-də Fövqəladə Hallar Nazirliyi M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında təlim keçirib.
FHN-dən verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tərəfindən M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili mövzusunda birgə təlim keçirilib.
Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyəti cəlb olunub.
XQ