Mədəniyyət naziri İsmayıllıda

post-img

Mədəniyyət naziri Adil Kərimli İsmayıllı şəhərində vətəndaşları qəbul edib. Şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından ümumilikdə 42 vətəndaş iştirak edib.

Görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Mü­raciətlər əsasən işlə təmin olunma, fəx­ri adla təltif edilmə, mədəniyyət sahəsi ilə bağlı təklif və mövcud problemlər və digər məsələlərlə bağlı olub.

Nazir müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həlli barədə mü­vafiq tapşırıqlar verib.

XQ

Son xəbərlər