Polis səsvermə günündə

post-img

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Gəncədə Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində polisin seçkilərdə xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan növbəti seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının və Daxili İşlər Nazirliyi­nin nümayəndələri, dairə seçki komis­siyalarının sədrləri, polis idarələri və şöbələrinin əməkdaşları iştirak ediblər.

Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov seçki qanunvericiliyi, seçki komissiyalarının sistemi, seçki prosesi, onun mərhələləri və müddətlə­ri, seçki komissiyaları və polis orqanla­rının birgə fəaliyyətinin əsasları mövzu­larına toxunub.

Sonra DİN-in Baş İctimai Təhlükə­sizlik İdarəsinin nümayəndələri Oqtay Tağıyev və Sənan Əliyev seçki kampa­niyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, seçkidən sonrakı dövr­də seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təh­lükəsizlik tədbirlərinin görülməsi möv­zularında çıxışlar ediblər.

Həmçinin tədbirdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini Meh­man İbrahimov və Mərkəzi Seçki Ko­missiyasının üzvü Tofiq Həsənov seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinə qanun­suz müdaxilənin yolverilməzliyi mövzu­larında danışıblar.

XQ



Son xəbərlər