Azərbaycan – Latviya: əlaqələrin uğurlu inkişafı məmnunluq doğurur

post-img

Yanvarın 11-də Xarici İşlər Nazirliyində Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. 

Xarici işlər nazirinin müavini Fa­riz Rzayev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildö­nümü münasibətilə təbriklərini çatdırıb. Azərbaycan və Latviya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin 30 il ərzində müxtəlif, o cümlədən siyasi, iqti­sadi, humanitar, elmi-texniki, mədəni və s. istiqamətlər üzrə inkişafından ətraf­lı bəhs olunub. Ali və yüksək səviyyəli səfərlər və təmasların, habelə strateji di­aloqun ötən il Bakıda keçirilmiş ikinci icla­sının əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynadığı qeyd edilib.

Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya diplomatik münasibətlə­rin 30 illiyi münasibətilə təbriklərini çat­dırıb, münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümidvarlığını bildirib. Azərbaycan ilə Latviya arasında münasi­bətlərin tarixindən bəhs edən səfir tarixi ənənələr, qarşılıqlı dostluq və əməkdaşlı­ğa əsaslanan əlaqələrin bu gün də uğur­la inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçılar Azər­baycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

XQ

Son xəbərlər