UNICEF-in regional direktoru COP29-a hazırlıq barədə məlumatlandırılıb

post-img

Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru, Avropada qaçqın və miqrant məsələləri üzrə xüsusi əlaqələndirici Regina de Dominitsis ilə görüşüb.

C.Bayramov ölkəmizin müstəqilliyi­nin bərpasının ilk günlərindən BMT-nin müxtəlif ixtisaslaşmış qurumları, o cüm­lədən UNICEF-lə yaxından əməkdaş­lıq etdiyini, xüsusilə Ermənistanın əra­zilərimizi işğalı nəticəsində qaçqına və məcburi köçkünə çevrilmiş uşaqlar üçün daha yaxşı təhsil və səhiyyə imkanlarının yaradılması sahəsində aidiyyəti dövlət qurumları ilə birgə uğurlu proqram və layihələrin həyata keçirildiyini qeyd edib.

Nazir, xüsusilə mina təhdidi ilə mü­barizə sahəsində UNICEF-lə əməkdaş­lıq çərçivəsində aparılan maarifləndirmə fəaliyyətindən bəhs edərək, bu istiqamət­də beynəlxalq ictimaiyyətin diqqətini də bu təhdidə çəkməyin vacibliyini vurğula­yıb.

Regina de Dominitsis UNICEF-in Azərbaycanla mövcud uğurlu əməkdaşlıq təcrübəsinin davam etdirilməsində ma­raqlı olduğunu, xüsusilə Azərbaycanın ev sahibliyi edəcəyi cari ildə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və 2026-cı ildə keçiriləcək Ümumdünya Şəhərsalma Fo­rumu çərçivəsində uşaq hüquqları sahə­sində müxtəlif birgə təşəbbüslərin həyata keçirilə biləcəyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

XQ

Son xəbərlər