Əli Əsədov UNICEF-in regional direktoru ilə görüşüb

post-img

Yanvarın 11-də Baş naziri Əli Əsədov BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, UNICEF-in Cenevrədəki BMT ofisində Nümayəndəsi və Avropada Qaçqınlar və Miqrant məsələləri üzə xüsusi koordinatoru Recina De Dominişislə görüşüb.

Görüşdə Azərbaycanın BMT və onun ayrı-ayrı təsisatları ilə tərəfdaşlığa böyük önəm verdiyi və bu baxımdan UNICEF ilə əməkdaşlığın xüsusi önəm kəsb etdiyi bildirilib.

Azərbaycanla BMT-nin Uşaq Fon­du arasında uzunmüddətli və müxtəlif sahələri əhatə edən səmərəli tərəfdaşlı­ğın mövcud olduğu vurğulanıb.

Azərbaycanda uşaqların müdafiəsi­nin və uşaq hüquqlarının təmin olunması­nın diqqət mərkəzində olduğu bildirilərək ötən dövrdə ölkəmizin BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyası daxil olmaqla bir sıra beynəlxalq sənədlərə qo­şulduğu vurğulanıb.

Bildirilib ki, 2020-ci ildə "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası" və bu çərçivədə 5 illik Fəaliyyət Planı qəbul edilmişdir.

Eyni zamanda Azərbaycanda sağ­lamlıq imkanları məhdud, eləcə də həs­sas təbəqədən olan uşaqlara dövlət tərəfindən böyük qayğı göstərildiyi vur­ğulanıb.

Görüşdə həmçinin keçmiş münaqişə­dən əziyyət çəkmiş uşaqlara yardım, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə, cari ildə Azərbaycanda keçiriləcək İqlim Də­yişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində uşaq hüquqlarının qorunması və digər sahələrdə əməkdaş­lıq imkanları müzakirə olunub.

XQ

Son xəbərlər