Müasir texnologiyalarda istifadə oluna biləcək süni intellekt proqramı

post-img

Google DeepMind əməkdaşlarının hazırladığı GNoME müasir texnologiyalarda istifadə oluna biləcək materialları kəşf etməyə kömək edən yeni süni intellekt proqramıdır.

GNoME tərəfindən proqnozlaşdırılan 2,2 milyon yeni kristal strukturun 736-sı dünyanın müxtəlif tədqiqat qrupları tərəfindən sintez edilib. Bundan əlavə, Lawrence Berkeley Milli Laboratoriyasında (ABŞ) çalışan bir araşdırma qrupu GNoME tərəfindən proqnozlaşdırılan materialların robot laboratoriyalarında avtonom şəkildə sintez edilə biləcəyini göstərən başqa bir araşdırma aparıb. Həm Google DeepMind, həm də Lourens Berkli Milli Laboratoriyasının tədqiqatçıları tərəfindən aparılan tədqiqatların nəticələri “Nature” jurnalında dərc olunub.

Tədqiqatçılar əvvəlcə kristal strukturlar haqqında məlumat bazasından əldə etdikləri məlumatlar əsasında hazırladıqları süni intellekt tətbiqini öyrəniblər. Verilənlər bazasına Materials Project-in internet saytından daxil olmaq olur. GNoME qrafik neyron şəbəkəsi (GNN) kimi təsnif edilən tətbiq nümunəsidir. Molekulyar strukturları təsvir etmək üçün çəkilmiş qrafiklər proqrama giriş kimi verilir. 

GNoME-nin kəşf etdikləri arasında qeyri-adi kristallar, superkeçiricilər, litium-ion batareyalarının işini yaxşılaşdıra bilən keçiricilər və gələcəkdə texnoloji cihazlarda istifadəyə olunması mümkün olan bir çox digər materiallar var.

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər