“Effektiv ünsiyyət sənəti”  kitabı işıq üzü görüb

post-img

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimi Natəvan Vəli qızı Abuşovanın həmmüəllifliyi və redaktorluğu ilə “Effektiv ünsiyyət sənəti” adlı kitab nəşr olunub.

Kitab oxuculara müxtəlif sahələrdə ünsiyyət qurmağa, ünsiyyət sənətinə yiyələnmək üçün praktiki alətlər, anlayışlar və strategiyalarla tanış olmağa kömək edəcək. Nəşr rəqəmsal əsrdə ünsiyyətin, ümumiyyətlə kommunikasiyaların düzgün qurulması baxımından əhəmiyyətlidir.

“Effektiv ünsiyyət sənəti” kitabının digər müəllifləri Aynurə Əzizova, Samirə Əmrahova və Sehranə Rzayevadır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan yeni nəşri “LIBRAFF” kitab mağazalar şəbəkəsindən əldə etmək mümkündür.

Qabil YUSİFOĞLU 
XQ

Mədəniyyət