Kabildə daha bir partlayış baş verib

post-img

Bu gün səhər Kabildə Xeyrxana ərazisindəki məscidin yaxınlığında partlayış baş verib. Məlumatı “Aamaj News” agentliyinə istinadən “İnterfaks.ru” verib.

“Bu gün səhər saat 7:15 radələrində Kabildə Pəncsad Ailəsi küçəsinin kəsişməsi yaxınlığında, Əbu Müslim Xorasani məscidinin yaxınlığında partlayış baş verib. Bu hadisənin mahiyyəti və mümkün tələfat barədə hələlik məlumat yoxdur”, - məlumatda deyilir.

Qeyd edək ki, yanvarın 9-da Kabilin 16-cı məhəlləsinin Aluxilo bölgəsində içində sərnişinlər olan mikroavtobus partladılıb, nəticədə 3 mülki şəxs həlak olub, daha 4 nəfər yaralanıb.

Kabil Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinin rəhbəri Xalid Zadranın sözlərinə görə, terror aktının istintaqı zamanı şübhəli şəxs həbs edilib. Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

P.ƏMİRCANOV
XQ

Dünya