“Anadolu”nun müxbirləri Xarkovda raket atəşinə tutulub

post-img

“Anadolu” agentliyinin Ukraynadakı müharibəni işıqlandıran çəkiliş qrupunun qaldığı Xarkovdakı otel raket atəşinə tutulub. Hadisə yanvarın 10-da yerli vaxtla saat 23:00 radələrində baş verib. “Park Hotel”in binasına iki mərmi düşüb. Xəbəri “Anadolu” verib. 

Partlayışlar nəticəsində otelin yuxarı mərtəbələri dağılıb və bina alovlara bürünüb. Agentliyin müxbiri David Kaçkaçişvili və fotomüxbiri Özge Elif Kızıl binanı tərk etməyi bacarıblar. Hadisə nəticəsində Kaçkaçişvili əllərindən yüngül kəsiklər alıb.

Hər iki jurnalistin səhhəti qənaətbəxşdir. Onlar əlavə müayinə üçün təcili yardım maşını ilə xəstəxanaya aparılıblar.

P.ƏMİRCANOV
XQ

Dünya