Astarada kənd yolu

post-img

Astara rayonunun Düriyyə - Şümrüd avtomobil yolunun əsaslı təmirinə başlanılıb.

Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir ki, ümumi uzunluğu 5 kilometr təşkil edən yolun eni 8 metrə qədər genişləndirilir, bura 4 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.

Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, kipləşdir­mə işləri aparılır, zəruri yerlərdə müxtəlif di­ametrlərə malik yeni suötürücü dəmir-beton boruları quraşdırılır. Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yük­sək sürətlə aparılır. 

Qeyd edək ki, yolların yenidən qurulma­sında məqsəd yolboyu 2 yaşayış məntəqə­sinin əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaş­dırmaqdır.

XQ

Son xəbərlər