Günəşdə güclü partlayış baş verib

post-img

Ən böyük partlayış Günəşdə qeydə alınıb, lakin Yer kürəsinə heç bir təsir göstərməyəcək, çünki ulduzun şərq kənarında, planetimizdən xeyli məsafədə baş verib. Bu barədə RİA Novosti-yə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası Laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun (ISZF) alimləri məlumat veriblər.

"Partlayış hazırkı Günəş dövrünün ilk güclü partlayışıdır və mübaliğəsiz, müstəsna gücə malik hadisə kimi xarakterizə edilə bilər", - hesabatda deyilir.

Güc baxımından bu, ilin əvvəlki rekord səviyyələrindən təxminən iki dəfə çoxdur. Sonuncu dəfə daha böyük partlayış 10 sentyabr 2017-ci ildə qeydə alınıb. Astronomik hadisə Yeni il ərəfəsində baş verib.

"Partlayışın planetimizə təsiri tamamilə istisna olunur, çünki Günəşin şərq kənarında Günəş-Yer xəttindən xeyli məsafədə baş verib. Böyük və ya hətta rekord qıran maqnit fırtınaları ilə bağlı hər hansı bir məlumat bu vəziyyətdə etibarsız olacaq",-hesabat bildirilir.

S.ELAY

XQ

Son xəbərlər