Qazaxıstanda Rusiya telekanallarının bağlanması borcla əlaqələndirilir

post-img

Qazaxıstanda Rusiya telekanallarının, o cümlədən "MDB-nin birinci kanalı", "Poyexali", "Kino Evi" və digər telekanalların bir hissəsinin bağlanmasının səbəbi yerli operatorun müəllif hüququ sahibinə olan böyük borcları ilə bağlıdır. Bu barədə TASS "Birinci kanal" ASC-nin rəsmi nümayəndəsinə istinadən xəbər verir. 

Onun sözlərinə görə, tərəflər razılaşmanı 2024-cü ilə qədər uzada bilməyiblər. Borc ödənilənə qədər ölkədə Rusiya televiziyası qismən işləməyəcək.

XQ

 

Dünya