Yüzlərlə Rusiya vətəndaşı Latviyadan deportasiya olunmaqla hədələnib

post-img

Əksəriyyətinin yaşı 60-dan yuxarı olan 1167 Rusiya Federasiyası vətəndaşı Latviyadan deportasiya olunmaq təhlükəsi ilə üzləşib. Bu barədə LETA agentliyi Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinə istinadən xəbər verir.

Bərabər sayda qadın və kişilərin ölkədən çıxarılması planlaşdırılır. Artıq 46 nəfər ölkəni tərk edib.

"Latviyadan deportasiya İmmiqrasiya Qanununa edilən dəyişikliklərin tələblərinə əməl etməyən vətəndaşları təhdid edir", - nəşr yazır.

Həmçinin, deportasiya Latviyada yaşamaq üçün müraciət etməyənləri və Latviya dili imtahanından keçməyənləri hədəfə alır.

Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinin rəhbəri Maira Rouzun sözlərinə görə, Rusiya vətəndaşlarının ölkədən deportasiyası prosesi çətin olacaq. Öncə onlar Latviyanı niyə tərk etmədiklərini izah etməli olacaqlar. Onlar bu izahatları fevralda nəzərdən keçirməyi planlaşdırırlar. Əgər ruslar öz istəkləri ilə bir ay ərzində ölkəni tərk etməkdən imtina edərlərsə, məcburi qovulma ilə üzləşəcəklər.

S.ELAY

XQ

 

Dünya