Prezidentə yazırlar: Sizin uğurlu siyasətinizi böyük maraqla və iftixar hissi ilə izləyirik

post-img

Azərbaycandan xaricdə yaşayan soydaşlarımızdan, müxtəlif ölkələrdəki diasporumuzun nümayəndələrindən doğum günü münasibətilə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir. Məktublarda soydaşlarımız doğum günü münasibətilə dövlətimizin başçısını təbrik edir, 2024-cü ilin fevralında keçiriləcək prezident seçkilərində onu dəstəkləyəcəyini bildirirlər. Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edirik.

İsveçdə fəaliyyət göstərən “Azər­baycan Naminə” Cəmiyyətinin səd­ri Nadir Hollenbrand dövlətimizin başçısını doğum günü münasibətilə ürəkdən təbrik edərək yazır: “Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bö­yük nailiyyətlər qazanıb. Biz Sizin uzaq­görən siyasətinizin respublikamızı daim parlaq qələbələrə doğru aparacağına inanırıq. Hər zaman Sizin yanınızdayıq. Qarşıdan gələn növbədənkənar prezi­dent seçkilərində Sizi dəstəkləyəcəyik”.

Napoli–Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia məktubunda qeyd edir: “Biz ölkənizə və onun vətən­daşlarına yorulmaz xidmətinizə görə Sizə minnətdarlığımızı bildiririk və hər zaman Sizi dəstəkləyəcəyik. Sizə həm şəxsi həyatınızda, həm də ali dövlə­ti fəaliyyətinizdə uğurlar və xoşbəxtlik dolu bir il diləyirik”.

Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin səd­ri Nuran Abdullayev: “Sizə yaşadığım Almaniyada, eləcə də sıx əlaqədə oldu­ğum digər Avropa ölkələrində hər za­man xalqının önündə qürurla dayanan və verdiyi hər bir sözü yerinə yetirən əvəzedilməz Lider kimi rəğbət bəslə­nilir. Bunu istər siyasi, istərsə də aka­demik arenada əcnəbi vətəndaşlardan eşitmək ürəyi daim Vətənlə döyünən bir azərbaycanlı kimi mənə böyük qürur hissi yaşadır.

Cənab Ali Baş Komandan, dövlət­çilik ənənələrinə sadiq olan, dövlətçilik prinsiplərini əsas tutan gənclərə göstər­diyiniz xüsusi diqqət və qayğı məndə və digər gənc dostlarımızda hər zaman bö­yük ruh yüksəkliyi yaradıb. Siz gənclərə hər addımda insanın öz kökünə və ta­rixinə sadiqliyi, xüsusən də ata və onun vəsiyyətinin müqəddəsliyi dərsini nüma­yiş etdirirsiniz. O sadiqlik və ata vəsiy­yəti ki, məhz onunla biz doğma Vətəni­mizi bu gün bütövləşən görmüşük.

Sizi əmin etmək istəyirəm ki, gələn il keçiriləcək və tariximizə Zəfər seçkiləri kimi düşəcək növbədənkənar prezi­dent seçkilərində hər zaman dövlətçilik ənənələrinə sadiq olan biz gənclər Sizi –müzəffər Sərkərdəmizi dəstəkləyəcə­yik”.

İsveç–Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Sevda Da­daşova isə dövlətimizin başçısına təbrikini və dəstəyini bu sözlərlə ifa­də edir: “Sizi doğum gününüz münasi­bətilə səmimi-qəlbdən təbrik edirik. Bu illər ərzində Azərbaycan dövlətinin in­kişaf etməsi, güclənməsi istiqamətində gördüyünüz bütün işlərə görə Sizə min­nətdarıq. Vətəndən uzaq olsaq da, hər zaman Sizinləyik.

Daim Sizin diqqət və qayğınızı üzə­rində hiss edən Azərbaycan diasporu bundan sonra da əzmkarlığını artıra­caqdır. Azərbaycanın milli maraqları bizim üçün ən vacib məsələdir. Sizinlə və uğurlu siyasətinizlə qürur duyuruq. Dünya azərbaycanlıları ətrafınızda tək yumruq kimi birləşmiş Azərbaycan xalqı ilə birlikdə həmişə Sizin arxanızdadır”.

Almaniyada yaşayan azərbay­canlılar adından doğum günü mü­nasibətilə Prezident İlham Əliyevi ürəkdən təbrik edən Alman–Azərbay­can Dostluq Cəmiyyətinin sədri Lalə Məmmədli müraciətində bildirir: “Biz Sizi Azərbaycanın inkişafına, xalqın ri­fahına yönəlmiş ölçülüb-biçilmiş siyasət yürüdən müdrik dövlət başçısı və əsl vətənpərvər şəxsiyyət kimi tanıyırıq. Əminik ki, Sizin rəhbərliyinizlə Azər­baycan Respublikası bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyəcək. Sizin yorulmaz səyləriniz, xalqın etimadı, vətəndaşların həyatını daha da firavanlaşdırmaq üçün gör­düyünüz işlər ali dövləti fəaliyyətinizdə uğurlarınızı daha da artıracaqdır. 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində Sizə uğurlar arzulayırıq”.

Azərbaycan–Niderland Odlar Yur­du Cəmiyyətinin sədri Frəngiz Ba­ğırova: “…Sizə “İlhamla irəli” devizi ilə “Dəmir yumruq” kimi möhkəm cansağ­lığı arzulayırıq. Bizə həsrətində oldu­ğumuz Qələbə, tarixdə tayı-bərabəri ol­mayan Zəfər sevinci yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Biz həmişə Sizinləyik”.

Dövlətimizin başçısına Çex Res­publikasının tanınmış ziyalılarını, elm xadimlərini, təhsil işçilərini, iş adamlarını, soydaşlarımızı özündə birləşdirən Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzi adından mü­raciət edən qurumun sədri Azər Kə­rimov yazır: “Biz Azərbaycan xalqının birliyi, həmrəyliyi, xoşbəxt gələcəyi na­minə müəyyən etdiyiniz, həyata keçir­diyiniz səmərəli daxili və xarici siyasəti dəstəkləyirik.

Sizə cansağlığı, xoşbəxtlik, Azər­baycanın daha da inkişafı, xalqın rifahı naminə şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.

İtaliyanın Milan şəhərində diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev Assosiasiyanın üzvləri adından Prezident İlham Əliyevə ən səmimi təbriklərini və xoş arzularını çatdırır. O qeyd edir: “Sizin daxili və xarici siyasətinizin uğurlu nəticələrini böyük maraqla və iftixar hissi ilə izləyi­rik. Uzaqgörən siyasətiniz və müdrik li­derliyiniz sayəsində Azərbaycanın regi­onda, eləcə də dünyada artan nüfuzunu görməkdən böyük məmnunluq duyuruq, hər bir addımınızı qürurla dəstəkləyirik”.

Rusiyanın Ulyanovsk vilayəti qu­bernatorunun milli məsələlər üzrə müşaviri, “Ulyanovsk Regional Azər­baycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri İslam Hü­seynov: “Azərbaycan Respublikası Si­zin uzaqgörən və müdrik rəhbərliyinizlə inamla inkişaf edir. Yüksək peşəkarlıq, qətiyyət və məqsədyönlülük sayəsində ölkədə iqtisadi, sosial, mədəni tərəqqi, sabitlik təmin edilir… Əminik ki, Sizin peşəkarlığınız və həyat təcrübəniz qar­şıda duran vəzifələrin uğurla yerinə ye­tirilməsinə kömək edəcəkdir”.

“Alicənablıq, insanpərvərlik, mərdlik kimi ali insani dəyərləri özündə birləş­dirən şərəfli və məsuliyyətli fəaliyyəti­nizdə Sizə uğurlar arzulayıram. Sizin uzaqgörənliyiniz və humanizminiz, milli və bəşəri dəyərlərə söykənən müdrikli­yiniz, yüksək təşkilatçılıq və idarəetmə bacarığınız dünya liderləri üçün örnək­dir”. Bu fikirlər isə “QALA” Yuna­nıstan–Azərbaycan Dostluq Cəmiy­yətinin sədri Rəşid Məmmədovun müraciətində yer alıb.

Gürcüstandakı “Azərbaycan Evi”­nin direktoru Məhəbbət İmanov mək­tubunda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycanın böyük inkişaf yolunun, qüdrətlənməsinin, eyni zaman­da dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasının Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırır. 

Niderlandda fəaliyyət göstərən Beynəlxalq Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Kəmalə Cəlilova: “Sizin rəhbərliyinizlə Azərbaycan Res­publikası böyük inkişaf yolu keçmiş, ölkə həyatının bütün sahələrində mü­hüm nailiyyətlər əldə edilmişdir.

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində Sizə müvəffəqiy­yətlər diləyirik. Biz, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı qa­dınlar Sizin siyasətinizi dəstəkləyirik”.

XQ

Son xəbərlər