Masallıda MSK-nın regional seminarı

post-img

Gələn il fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərin şəffaf, azad və ədalətli təşkili məqsədilə Mərkəzi Seçki Komissiyası paytaxt Bakı ilə yanaşı, regionlarda da tədbirlər təşkil edir.

Mərkəzi Seçki Komissiyasının Hüquq və İn­san Haqları İnstitutu ilə birgə layihəsi çərçivəsində “Seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr edilən” növbəti regional seminar Masallı rayo­nunda baş tutub.

Tədbirdə Hüquq və İnsan haqları üzrə mütəxəs­sislər, eləcə də region üzrə 19 dairə seçki komis­siyasından Ekspert qruplarının üzvləri iştirak edib.

Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsə­nov seminarda “Seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırma­sı prinsipləri” mövzusunda geniş məruzə edilib.

Hüquq və İnsan Haqları İnstitutunun Ekspert şurasının üzvü Vəfaddin İbayev “Avropa İnsan Hüquqları Konvensiyasında azad seçki hüququ (I hissə)” mövzusunda təqdimatla çıxış edib.

Həmçinin iştirakçılar əyani vəsaitlərdən istifadə etməklə bağlı ətraflı məlumatlandırılıblar.

Digər çıxış edənlər “Seçkilərlə bağlı müraciət­lərə dairə seçki komissiyaları tərəfindən baxılması, Ekspert qruplarının fəaliyyətinin əsasları”, “Avro­pa İnsan Hüquqları Konvensiyasında azad seçki hüququ (II hissə)”, seçkilərlə bağlı Ekspert qrupla­rının fəaliyyətlərinin əsasları, kazuslar üzrə praktiki məşğələlər, sınaq testlərin həlli və digər məsələlər barədə məlumat verib.

Tədbirin praktiki hissəsi başa çatandan sonra MSK nümayəndələri seçki qanunvericiliyi və eks­pert fəaliyyəti ilə bağlı kazuslar üzrə məşğələlər keçib, dairə seçki komissiyalarının üzvləri sınaq testlərinin həllinə cəlb olunublar.

Ekspert qrupunun üzvləri üçün hazırlanan, on­lara yardımçı olacaq yeni yaddaş kitabçası payla­nılıb.

XQ

Son xəbərlər