“Vətənin cəsur döyüşçüləri 2” adlı kitabın təqdimatı keçirilib

post-img

Sabirabad Gənclər Evində “Vətənin cəsur döyüşçüləri 2” adlı 3 dildə kitabın ictimaiyyətə təqdimat mərasimi keçirilib. Tədbirdə şəhid anaları, Vətən müharibəsi qaziləri, rayon icra hakimiyyəti başçısının müavini, ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak ediblər.

XQ xəbər verir ki, kitabın müəllifləri “Əsgərə Xatirə” layihəsinin rəhbəri, ictimai xadim və xeyriyyəçi Nuranə Şixəliyeva, tarix elmləri üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü İradə Əlili, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin və Respublika Veteranlar Təşkilatı Sabirabad rayon filialının sədri Faiq Hüseynovdur.

Kitab Vətən müharibəsində qəhrəmanlıq göstərmiş Sabirabad rayonunun igid oğullarının şücaətindən bəhs edir.

Tədbirdə çıxış edən Nuranə Şixəliyeva kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib. Bildirib ki, şəhidlərimiz ən ali qürur mənbəyimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən böyük vəzifəsidir.

Sonda təqdimatda çıxış edənlər kitabla bağlı müsbət fikirlərini bildiriblər.

XQ

 





Son xəbərlər