Seçki hüququ ilə bağlı layihə

post-img

Gələn il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi, habelə fərqli statuslu seçki subyektlərinin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə genişmiqyaslı tədbirlər ardıcıl və sistemli şəkildə davam etdirilir.

Seçki iştirakçıları üçün müxtəlif is­tiqamətləri əhatə edən maarifləndirmə proqramına uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının Hüquq və İnsan Haqları İnstitutu ilə birgə layihəsi çər­çivəsində seçki hüququ ilə bağlı müra­ciətlərə baxılmasına həsr olunan regio­nal seminarlara start verilib.

Yeni forma və məzmunda ilk dəfə prezident seçkilərində reallaşdırılan tədbir vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan müraciət və şikayətlərin araşdırılması məqsədilə dairə seçki ko­missiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, bilik, bacarıq və işgüzar vər­dişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.

Layihənin proqramına əsasən, ilk seminar dekabrın 25-də Bakı şəhərin­də Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov, Hüquq və İn­san Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadənin açılış nitqləri ilə başlayıb. Tədbirdə MSK nəz­dində ekspert qrupunun üzvləri, Hüquq və İnsan Haqları İnstitutunun mütəxəs­sisləri, MSK Katibliyinin aidiyyəti struk­tur bölmələrinin əməkdaşları, eləcə də region üzrə 34 seçki dairəsi dairə seçki komissiyalarının müraciət və şikayətlə­rin araşdırılmasına məsul olan ekspert qruplarının 102 üzvü iştirak edib.

Seminarda Mərkəzi Seçki Komissi­yası nəzdində ekspert qrupunda təmsil olunan komissiya üzvlərinin, Hüquq və İnsan Haqları İnstitutunun mütəxəssis­lərinin seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxıl­ması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri, seçkilərlə bağlı müraciətlərə dairə seç­ki komissiyaları tərəfindən baxılması və Ekspert qruplarının fəaliyyətinin əsas­ları, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasında azad seçki hüququna dair çıxışları dinlənilib, əyani vəsaitlər­dən istifadə etməklə mövzular barədə ətraflı məlumat verilib.

Tədbirin praktiki hissəsində seçki qanunvericiliyi və ekspert fəaliyyəti ilə bağlı kazuslar üzrə məşğələlər keçiri­lib, iştirakçılar sınaq testlərinin həllinə cəlb edilib. 

Seminara qatılan dairə seçki komis­siyalarının bütün Ekspert qrupu üzvlə­rinə MSK tərəfindən ilk dəfə hazırlanan şikayət və müraciətlərin araşdırılması müddətləri, ardıcıllığı, qaydaları və sübutların qiymətləndirilməsi, habelə rəylərin və qərar layihəsinin hazırlan­ması prosedurlarını aydın, əhatəli əks etdirən yaddaş kitabçası təqdim olu­nub.

Qeyd edək ki, MSK-nın genişmiq­yaslı maarifləndirmə proqramı çərçi­vəsində reallaşdırılan və seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarların dekabrın 26-da Sumqayıtda, dekabrın 27-də Gəncə və Şəkidə, o cümlədən dekab­rın 29-da Naxçıvan və Masallıda ke­çirilməklə, ümumilikdə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyaları­nın bütün ekspert qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur.

Əliqismət BƏDƏLOV

XQ

Son xəbərlər