Kərkük musiqisi axşamı

post-img

Beynəlxalq Muğam Mərkəzində sa­bah Kərkük musiqi axşamı keçirilə­cək. Konsertdə kərkük xalq musiqi nümunələri, eyni zamanda, müxtəlif üslublarda işlənilmiş xalq və bəstəkar mahnıları səslənəcək.

Gecədə Beynəlxalq Muğam Mərkə­zinin ansamblının müşayiəti altında ta­nınmış muğam ustaları iştirak edəcəklər. Qeyd edək ki, əsrlər boyu İraq türkmənləri ilə Azərbaycan arasında səmimi bağlar olmuşdur. Bu bağlar özünü musiqidə də göstərmişdir. Təsadüfi deyil ki, ölkəmizdə “Ninnə yarım”, “Gözələ bax, gözələ” və s. kimi mahnılar dillər əzbəridir.

Kərkük musiqisi axşamı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təş­kilatçılığı ilə keçirilir. 

XQ

Son xəbərlər