Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Aşur Natiq oğlu Bədəlov 22 saylı Nəsimi–Yasamal, Tamerlan Nazim oğlu Qurbanov 55 saylı Siyəzən–Quba–Xızı, Qoşqar Qəzənfər oğlu Məmmədov 110 saylı Balakən, Ramiz Əhmədiyyə oğlu Əsədov 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. Nizami Fərman oğlu Novruzov 9 saylı Binəqədi ikinci, Anar Nüsrət oğlu Ələsgərov 22 saylı Nəsimi–Yasamal, Əsmər Abuzər qızı Ağayeva 55 saylı Siyəzən–Quba–Xızı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV