Hikmət Hacıyev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb

post-img

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb.

Görüşdə Hikmət Hacıyev Aktotı Raimkulovanı Türk döv­lətlərinin başçıları tərəfindən Türk Mədəniyyəti və İrsi Fon­dunun prezidenti təyin olun­ması münasibətilə təbrik edib. O, müasir dövrdə Türk xalqla­rının hərtərəfli inteqrasiya pro­seslərinin gücləndirilməsinin önəmindən bəhs edərək, Türk dövlətlərinin mədəni əlaqələri­nin inkişafında təşkilatın rolu­nu vurğulayıb.

Söhbət zamanı Aktotı Ra­imkulova Qarabağın işğaldan azad olunmasını Azərbaycan və bütövlükdə, Türk dünyası üçün tarixi əhəmiyyətə malik hadisə kimi qiymətləndirib. Təşkilatın rəhbəri bu il Türk dünyasında təntənəli şəkil­də qeyd olunan əlamətdar yubileylər sırasında müasir müstəqil Azərbaycan döv­lətinin qurucusu Ulu öndər Heydər Əliyevin 100 illiyinə diqqət çəkib.

Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasında və qurulduğu ilk illərdən təşkilatın fəaliy­yətinə dəstəyin verilməsin­də Prezident İlham Əliyevin müstəsna rolunu vurğulayıb. O, fondun Azərbaycanın iş­ğaldan azad edilmiş ərazilə­rində yenidənqurma və bərpa prosesinə töhfə verilməsinə, eləcə də ölkənin təklifləri əsasında təşkilatın bundan sonrakı fəaliyyətlərində yeni strateji istiqamətlərin həyata keçirilməsinə hazır olduğunu vurğulayıb.

Görüş qarşılıqlı maraq do­ğuran digər məsələlər ətrafın­da fikir mübadiləsi ilə davam edib. 

XQ

Son xəbərlər