Adil Əliyev: Azərbaycan humanizm prinsiplərinə sadiqliyini bir daha sübut etdi

post-img

Ermənistanla Azərbaycan arasında əsirlərin dəyişdirilməsi ilə bağlı razılığın əldə olunması və həyata keçirilməsi növbəti dəfə Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin humanizm prinsiplərinə sadiqliyinin əyani sübutudur.

Bu barədə Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.

Vitse-spiker qeyd edib ki, Ermənistanda saxta ittihamlarla saxlanılan iki hərbiçizimizin geri alınması, onların valideyinlərinin, yaxınlarının bütövlükdə cəmiyyətimizin sevincinə səbəb oldu. Azərbaycan dövləti üçün hər bir vətəndaşının, o cümlədən bu iki gənc insanın həyatı çox önəmlidir və bu səbəbdən onların azadlığa qovuşması Prezident İlham Əliyevin diqqətində idi. 

A.Əliyev bildirib ki, məsələnin həlli Ermənistanla Azərbaycan arasında sülh prosesinin yaranmasına doğru da ciddi bir addım kimi dəyərləndirilməlidir. Bu həm də dövlət siyasətimizin sülh və əmin-amanlıq istiqamətində, qarşılıqlı etimad məsələsində prinsipiallığını nümayiş etdirdi.  

Anar ƏLİ
XQ

Son xəbərlər