İndiki şəraitdə Azərbaycan balanslaşdırılmış mövqedən əl çəkməməlidir

post-img

Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev dəyişməz kateqoriyalarla yanaşı, Azərbaycanın geosiyasi identikliyinin yeni elementlərini yaratdılar: enerji axınları, nəqliyyat və logistika imkanları, Qoşulmama Hərəkatı ((hərbi-siyasi bloklara daxil olmamaq barədə siqnal kimi).

Bu fikirləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov bildirib.

Politoloq qeyd edib ki, bu, çoxqatlı geosiyasi identikliklə yanaşı, həm böyük imkanlar, həm də çox üstün risklər yaradır. Azərbaycanın xarici siyasəti imkanlardan məharətlə istifadə edib, risklərin təsirini minimuma endirib. Bu kontekstdə balanslaşdırılmış siyasət proqnozlaşdırıla bilənlik, sabitlik və ardıcıllıq elementləri yaradıb.  Bu, Azərbaycana 2020-ci il müharibəsində qalib gəlmək və 2023-cü ildə öz suverenliyini tam bərpa etmək, geosiyasi güc mərkəzlərinin təzyiqini dəf etmək imkanı yaradıb.

F.Məmmədov əlavə edib ki, müasir şəraitdə Azərbaycan balanslaşdırılmış mövqedən əl çəkə bilməz və bu mexanizmin resursları hələ tükənməyib.  

Anar ƏLİ
XQ

Son xəbərlər