Qusarda 12 baş iribuynuzlu heyvanı oğurlayan şəxs tutulub

post-img

Qusar Rayon Polis Şöbəsinə rayonun Ləzə kəndində yerləşən yaylaq sahəsindən 12 baş iribuynuzlu heyvanın itməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, faktla bağlı müvafiq araşdırmalara baṣlanılıb. Keçirilən əməliyyat-axtarış təsbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qobustan rayon sakini Asif Binyətov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Qusar RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

XQ

Son xəbərlər