Naxçıvan MR Ali Məclisinin növbəti sessiya iclası

post-img

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının növbəti iclası keçirilib.

İclasda Ali Məclis sədrinin müavini Anar İbrahimov bildirib ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasının ­2024-cü il büdcəsi haqqında” Qanun layihəsini Ali Məclisə təqdim edib. Naxçıvan Muxtar Respublikası Baş naziri tərəfindən daxil olan təqdimatda isə muxtar respublika iqtisadiyyat nazirinin vəzifəsindən azad olunması təklif edilir. 

“Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun layihəsi barədə Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov məlumat verib. Geniş müzakirədən sonra layihə birinci oxunuşda qəbul edilib.

Naxçıvan Muxtar Respublikasının Baş nazirinin iqtisadiyyat naziri Əliyev Tapdıq Vaqif oğlunun tutduğu vəzifədən azad olunması ilə bağlı təqdimatı oxunduqdan sonra məsələ ilə əlaqədar qərar layihəsi səsə qoyularaq qəbul edilib. 

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov cari məsələlərin müzakirəsi zamanı deputatlar tərəfindən ünvanlanan suallara aydınlıq gətirib. Nazirlər Kabinetinin səlahiyyətlərinə daxil olan məsələlərə baxılması üçün müvafiq qeydlər aparılıb.

Ali Məclis sədrinin müavini Anar İbrahimov bildirib ki, 2 deputat dünyasını dəyişdiyi üçün həmin yerlərə seçkilər keçiriləcək.

XQ

 



Son xəbərlər