Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ünlü türk şairi, türklük məfkurəsinin poetik tərcümanı Məhmət Akif Ərsoyun şeir kitabının təqdimat mərasimi keçirilib.
Mərasimdə TÜRKSOY-un Baş katibi Sultan Raev, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Rzayev, ölkənin bir sıra mədəni-ictimai xadimləri, media mənsubları iştirak edib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açıb.
Sonra TÜRKSOY-un Baş katibi Sultan Raev Məhmət Akif Ərsoyun yaradıcı dünyası haqqında düşüncələrini bölüşüb.
Xalq yazıçısı Anar TÜRKSOY vasitəsilə türk dünyasının daha da yaxınlaşdığını bildirib: "Məhmət Akif nadir şairlərdəndir ki, onun mətni oxunanda hamı ayağa qalxır. Söhbət Türkiyə himnindən gedir”.
Qeyd edək ki, şeirləri Türkiyə türkcəsindən Azərbaycan dilinə uyğunlaşdıran şair Elşən Mehdi, redaktoru isə şair Səlim Babullaoğludur.
XQ