Müdafiə naziri misirli həmkarı ilə görüşüb

post-img

Hərbi-texniki əməkdaşlıq müzakirə edilib

"EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir.

Müdafiə Nazirliyindən bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Misir Ərəb Respublikasının Müdafiə naziri general-polkovnik Moha­med Ahmed Zaki ilə görüşüb.

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər mü­zakirə edilib.

XQ

Son xəbərlər