Prezident Administrasiyasında Türkiyə Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti ilə görüş

post-img

Dekabrın 5-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin Xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Ədalət Vəliyev Prezident, müzəffər Ali Baş Komandan İlham Əli­yevin rəhbərliyi ilə 44 günlük Vətən mü­haribəsində qazanılmış tarixi Qələbə nəticəsində və lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə Azərbayca­nın suverenliyini bərpa etdiyini, işğal­dan azad olunmuş ərazilərdə genişmiq­yaslı və məqsədyönlü bərpa-quruculuq işlərinin sürətlə davam etdirildiyini qo­naqların diqqətinə çatdırıb. Qazanılmış Qələbədə Türkiyənin mənəvi-siyasi dəstəyinin əhəmiyyətindən bəhs edən şöbə müdiri Azərbaycan ilə Türkiyə arasındakı strateji müttəfiqlik münasi­bətlərinin dünyada bənzərsiz olduğunu, hər iki tərəfin çoxşaxəli əməkdaşlığı də­rinləşdirmək iradəsini nümayiş etdirdik­lərini bildirib.

Ədalət Vəliyev dövlət başçılarının si­yasi iradələrinə uyğun olaraq Yeni Azər­baycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın daha da dərinləşdiyini, iki hakim partiyanın əlaqələrinin gücləndirilməsinin ölkələra­rası münasibətlərin inkişafına mühüm töhfə verdiyini, 2021-ci ildə YAP ilə AK Parti arasında imzalanmış Əməkdaş­lıq Protokolundan irəli gələrək ikitərəfli münasibətlərin inkişafına xidmət edən məqsədyönlü fəaliyyəti vurğulayıb. 

Zafer Sırakaya iki partiya arasında əlaqələrin inkişafının dövlətlərarası mü­nasibətlərin mühüm elementi olduğu­nu, davamlı xarakter daşıyan qarşılıqlı səfərlərin həyata keçirilməsinin partiya­lararası təmasların gücləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini, Azər­baycanın tarixi Qələbəsi nəticəsində regional təhlükəsizlik və əməkdaşlıq üçün mühüm imkanlar yarandığını diqqətə çatdırıb.

Görüşdə, həmçinin Yeni Azər­baycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Bu­daqov iştirak edib.

Son xəbərlər