8 avtomat, 2 tapança...

post-img

Dekabrın 4-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 109, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 36 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Dekabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8  ədəd avtomat, 2 ədəd tapança, 11 ədəd qumbara, 11 qumbara alışdırıcısı, 11 patron darağı, 379 ədəd müxtəlif çaplı patron və 29 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

P.ƏMİRCANOV

XQ



Son xəbərlər