Dövlət Agentliyinin sədri ASAN könüllüləri ilə görüşüb

post-img

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ASAN könüllüləri ilə görüşüb.

Görüş 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə təşkil olunub. 

Dövlət Agentliyinin sədri görüş iştirakçılarına təbriklərini çatdırıb, tövsiyələrini verib. Tədbirdə ASAN könüllülərinin 2023-cü il ərzindəki fəaliyyətinə dair videoçarx izlənilib.

Sonra il ərzində fəallığı ilə seçilən 59 könüllüyə "İlin ASAN könüllüsü" nominasiyası üzrə təltiflər təqdim edilib.

P.ƏMİRCANOV

XQ





Sosial həyat