Müdafiə naziri "EDEX 2023" sərgisində

post-img

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Misir Ərəb Respublikasına səfəri davam edir.

Müdafiə Nazirliyindən bildirilib ki, “EDEX 2023” beynəlxalq müdafiə sər­gisində iştirak edən general-polkovnik Z.Həsənov İtaliya Respublikasının “Le­onardo” şirkətinin, eləcə də Misirin “AR­MADA” və “AOI” şirkətlərinin stendlərin­də təqdim edilən müasir silah və döyüş texnikası nümunələrini maraqla izləyib.

Sərgidə müxtəlif ölkələrin şirkətləri istehsal etdikləri hərbi təyinatlı məhsullar barədə ziyarətçilərə ətraflı məlumatlar veriblər.

XQ

Son xəbərlər