Ətraf mühiti çirkləndirən mebel sexi cərimələnib

post-img

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ətraf mühiti məişət tullantıları ilə çirkləndirən mebel sexinin sahibi cərimə edilib. Məlumatı DİN Mətbuat Xidməti yayıb.  

Abşeron Rayon Polis İdarəsi və ETSN-nin Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri növbəti tədbir zamanı Ceyranbatan qəsəbəsində yerləşən mebel sexlərindən birində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. 

Faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Abşeron rayonunda qeyd edilən faktların aşkar edilməsi istiqamətdə tədbirlər davam etdirilir.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər