“YARAT” Müasir İncəsənət Məkanı XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun “Yerlə göy arasında” adlı fərdi sərgisi açılıb.
Ekspozisiyada rəssamın son illər yaratdığı rəngkarlıq tabloları və ilk dəfə nümayiş etdirilən qrafika əsərləri yer alıb. Tədbirdən öncə Fərhad Xəlilovun həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.
Sonra “YARAT”ın bədii rəhbəri Fərəh Ələkbərli Xalq rəssamının fərdi sərgisinin açılışını incəsənət aləmində mühüm hadisə kimi dəyərləndirib. Fərhad Xəlilov isə media nümayəndələrinin suallarını cavablandırıb, öz sənət dünyasından və sərgidə yer alan əsərlərdən danışıb.
“Yerlə göy arasında” adlanan bu sərginin adından da göründüyü kimi, daha çox abstrakt əsərlərə üstünlük verilib. Sərgi yanvar ayına qədər davam edəcək.
Ə.DOSTƏLİ
XQ

