Nümayəndə heyətimiz BMT konfransında

post-img

Dünən Birləşmiş Ərəb Əmirliklərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı (COP28) öz işinə başlayıb. 

Açılışda COP28-in prezidenti, BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar na­ziri Sultan Əhməd Əl-Cabir, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiell, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin sədri Jim Skea və digərləri çıxış ediblər.

Dekabrın 12-dək davam edəcək kon­fransın əsas mövzuları təmiz enerjiyə keçid, iqlim maliyyələşməsi, təbiət əsaslı həllər, sosial inklüzivlik və digər məsələlə­ri əhatə edir. 

Xatırladaq ki, konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edir.

XQ

Son xəbərlər