Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında təhlükəsiz internet

post-img

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində, o cümlədən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədilə TETRA radiorabitə şəbəkəsi istifadəyə verilib. 

“Həmçinin sözügedən ərazilərdə fəa­liyyət göstərən dövlət qurumları “AzState­Net” şəbəkəsi üzərindən təhlükəsiz data və internet kanalları ilə təmin olunublar”, – deyə məlumatda bildirilir.

Hazırda XRİTDX tərəfindən cari ilin ötən dövrü ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərin­də fəaliyyət göstərən 15 dövlət qurumu “AzStateNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin olunub.

Son xəbərlər