Ədliyyə naziri Belarusda

post-img

Belarusun ədliyyə nazirinin dəvəti ilə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə Minskdə səfərdə olub.

Tədbirdə ölkələrimiz arasında əmək­daşlıq münasibətlərinin uğurlu inkişafı, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Alek­sandr Lukaşenkonun xüsusi rolu vurğula­nıb. 

Belaruslu nazir Sergey Xomenko əd­liyyə sistemində yeni çağırışlara uyğun aparılan islahatlar barədə məlumat verib. 

Nazir F.Məmmədov ədliyyə sahəsin­də yeniliklər, o cümlədən infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlər, rəqəmsal innovasiyalar tətbiq olunmaqla məsafədən əhaliyə göstərilən elektron və mobil xidmətlər barədə qarşı tərəfi məlu­matlandırıb. 

Tədbirdə Azərbaycan və Belarus Əd­liyyə nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanıb.

Səfər zamanı, həmçinin Məhkəmə Ekspertizaları Dövlət Komitəsinin rəh­bərliyi ilə görüş keçirilərək əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılıb. 

Eyni zamanda, nazir F.Məmmədovun Ali Məhkəmənin sədri, görkəmli hüquqşü­nas Valentin Sukalo ilə görüşü olub. 

Səfər çərçivəsində nümayəndə heyə­timiz tərəfindən Minskdə notariat, Azər­baycanın “ASAN xidmət” brendinə uyğun yaradılmış “Bir pəncərə” xidmətlərinin fəa­liyyəti ilə tanış olunub. 

XQ

Son xəbərlər