Xarici işlər nazirinin görüşləri

post-img

Xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı çərçivəsində noyabrın 30-da ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma ilə görüşüb.

Görüşdə ATƏT Parlament Assamb­leyası çərçivəsində Azərbaycanla əmək­daşlıq perspektivləri və gündəlikdə duran əsas məsələlər, bölgədəki cari vəziyyət, Azərbaycan-Ermənistan arasında nor­mallaşma prosesinə ATƏT Parlament Assambleyasının mümkün töhfələri ətra­fında müzakirələr aparılıb.

Görüşdə nazir Ceyhun Bayramov bu gün bölgədə yaranmış yeni reallıqlardan söz açıb, Azərbaycanın Qarabağ bölgə­sində antiterror tədbirlərinə gətirən səbəb­lər barədə məlumat verib.

Görüşdə, həmçinin sülh sazişinin imza­lanması ilə bağlı Azərbaycan və Ermənis­tan arasında normallaşmaya dair ölkəmi­zin mövqeyi vurğulanıb, Ermənistanın bu cür səylərə zərbə vuran addımları və hər­bi-siyasi təxribatları diqqətə çatdırılıb. Er­mənistanın törətdiyi mina təhdidləri barədə geniş məlumat verilib.

ATƏT PA-nın iki ölkənin nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli platforma ola bilə­cəyi bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apa­rılıb.

Noyabrın 30-da xarici işlər naziri Cey­hun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Na­zirləri Şurasının 30-cu iclasında iştirakı çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. 

Nazir Ceyhun Bayramov Azərbaycan və Macarıstan arasında ikitərəfli, o cüm­lədən çoxtərəfli münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu, əməkdaşlıq gündəliyinin genişləndirilməsi və perspektivlərinin müzakirəsində qar­şılıqlı təmaslar və səfərlərin əhəmiyyətini vurğulayıb. 

Macarıstanın xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə daimi dəstəyi minnətdarlıqla xatırlanıb. 

Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə Azər­baycan və Ermənistan arasında normal­laşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırılıb. 

Görüş zamanı, həmçinin qarşılıqlı ma­raq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Xarici işlər naziri Ceyhun Bayramov dünən İsveç Krallığının xarici işlər naziri Tobias Billström ilə də görüşüb. 

Görüş zamanı Azərbaycan ilə İsveç arasında ikitərəfli və çoxtərəfli formatlar­da əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-İsveç ikitərəfli əməkdaşlıq gündəliyinin inkişafına impuls verilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti və rolu qeyd olunub.

Ceyhun Bayramov həmkarını Azər­baycan tərəfindən 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər barədə məlumatlandırıb. Ceyhun Bayramov görüşdə, həmçinin mövcud re­gional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamə­tində planları barədə danışıb. O bildirib ki, Ermənistan ilə münasibətlərin normallaş­dırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ar­dıcıl şəkildə aparılan qarayaxma kampa­niyası sülhə xidmət etmir.

***

Xarici işlər naziri Ceyhun Bayramov həmin gün Isveçrə Konfederasiyasının fe­deral xarici işlər naziri İqnasio Kassis ilə görüşüb. 

Nazir həmkarını postmünaqişə döv­ründə reallıqlar, Azərbaycan və Ermə­nistan arasında normallaşma və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinin perspektivləri barədə ətraflı məlumatlandırıb. 

Vurğulanıb ki, Azərbaycan bölgədə sülhün alternativinin olmadığına, Ermə­nistan tərəfinin təxribatçı addımlardan çə­kinəcəyinə ümidvardır. 

Görüşdə, həmçinin iki ölkə arasında gündəlikdə duran digər aktual və qarşılıqlı maraq kəsb edən regional məsələlər ətra­fında fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər