Azərbaycan nümayəndə heyəti Türkmənistanda

post-img

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkmənistana səfəri çərçivəsində iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

Tədbirdə ölkələrimiz arasında güclü dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. İkitərəfli münasibətlər­də mühüm rol oynayan iqtisadi-ticarət sahəsində intensiv inkişafın müşahidə olunduğu vurğulanaraq bildirilib ki, ötən il Türkmənistanla ticarət dövriyyəsi 5 dəfə­dən çox artıb, 2023-cü ildə də artım ten­densiyası davam edib. Qeyd olunub ki, tədarük olunan məhsulların çeşidini ge­nişləndirməklə ticarət dövriyyəsini daha da artırmaq üçün böyük potensial var. Bu baxımdan Türkmənistanla sənayenin müxtəlif sahələri, investisiya, enerji, göm­rük, nəqliyyat, kənd təsərrüfatı, qida təh­lükəsizliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. üzrə əməkdaşlıq imkanları­nın yüksək olduğu diqqətə çatdırılıb. 

Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistanın Nazirlər Kabi­netinin sədr müavini Batır Atdayev vur­ğulayıb ki, ölkələrimiz arasında müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaş­lığın gələcək inkişafı üçün yaxşı pers­pektivlər var və Türkmənistan əlaqələrin dərinləşməsinə önəm verir.

Tədbirin sonunda Azərbaycan–Türk­mənistan Birgə Hökumətlərarası Komis­siyanın 7-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənəddə ticarət, sənaye, energetika, nəqliyyat, aqrar və digər sahələrdə tərəfdaşlığın genişləndi­rilməsi nəzərdə tutulur.

Səfər çərçivəsində Azərbaycan nü­mayəndə heyəti “Agro Pack Turkmenis­tan 2023” beynəlxalq sərgisinin açılış mərasimində iştirak edib. 

***

Aşqabadda Dövlət Neft Şirkətinin (SOCAR) Türkmənistandakı nümayəndə­liyinin açılışı olub. Mərasimdə SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkmənistan Prezidentinin neft-qaz məsələləri üzrə müşaviri Aşırqulu Beqliyev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və iki ölkənin səfirləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ofisdə ya­radılan şəraitlə tanış olublar.

Tədbirdə çıxış edən Mikayıl Cab­barov iki ölkə arasında əlaqələrin in­kişafında Prezident İlham Əliyevin və Prezident Sərdar Berdiməhəmmədovun xüsusi rolunu vurğulayıb. Qeyd olunub ki, SOCAR-ın Aşqabadda nümayəndəliyinin açılması Türkmənistanla uzunmüddətli fəaliyyətin möhkəmləndirilməsinə, ölkələ­rimizin enerji sektorunda ortaq maraqla­rının reallaşmasına inamın təzahürüdür. Cari ilin Azərbaycan xalqı üçün əlamət­dar olduğunu qeyd edən nazir “Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın xaric­də ikinci nümayəndəliyinin açılmasının xüsusi əhəmiyyət daşıdığını ifadə edib.

Türkmənistan Prezidentinin neft-qaz məsələləri üzrə müşaviri Aşırqulu Beq­liyev tədbirdə çıxış edərək nümayən­dəliyin açılışı münasibətilə təbriklərini çatdırıb. O, nümayəndəliyin ölkələrimiz arasında enerji sektorunda əməkdaşlığın daha da genişləndirilməsinə dəyərli töhfə verəcəyinə əminliyini ifadə edib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkmənistanda SOCAR-ın nümayən­dəliyinin fəaliyyətə başlamasının əlamət­dar hadisə olduğunu diqqətə çatdıraraq SOCAR və Türkmənistanın enerji şirkət­ləri arasında mövcud əməkdaşlıqdan bəhs edib. 

***

Aşqabadda İxracın və İnvestisiya­ların Təşviqi Agentliyi – AZPROMO və Türkmənistanın Ticarət və Sənaye Pala­tasının birgə təşkilatçılığı ilə Türkmənis­tan-Azərbaycan biznes-forumu keçirilib.

Tədbirdə hər iki ölkədən rəsmi şəxs­lərlə yanaşı, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, kimya, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 60-a yaxın şirkət nümayəndəsi iştirak edib.

Biznes-forumda iqtisadiyyat nazi­ri Mikayıl Cabbarov Türkmənistan və Azərbaycan arasında iqtisadi-ticarət münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, investisi­yaların təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, dövlət əmlakının idarə edilməsi, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair mövcud sazişlər davamlı və səmərəli iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin formalaşdırıb. 

Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev Azərbaycan­la iqtisadi-ticarət əlaqələrinin davamlı in­kişafı üçün işgüzar dairələr arasında biz­nes əməkdaşlığının intensivləşməsinin vacibliyini ifadə edib. 

XQ

Son xəbərlər