“Qərbi Azərbaycana qayıdış” konqresi təkilati baxımdan ilk addımdır

post-img

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” Festival-Konqresinin keçirilməsi böyük siyasi və elmi əhəmiyyət kəsb edir. Konqres Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış konsepsiyası əsasında həyata keçirilən ilk beynəlxalq tədbir kimi qeyd olunmalıdır. Çünki Qərbi Azərbaycanın xalqımızın tarixi ərazisi olması faktı tarix elmi tərəfindən sübut olunmuşdur.

Bu fikirləri “Xalq qəzeti”-nə AMEA Tarix İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Əhmədov bildirib.

Tarixçi qeyd edib ki, Ermənistan deyilən bir dövlətin qurulması 1918-ci il mayın 29-da AXC Milli Şurasının qəbul etdiyi qərar nəticəsində olmuşdur. Bu qərardan sonra sovet hökumətinin təzyiqləri nəticəsində Ermənistana güzəştə gedilən ərazi İrəvan şəhəri və ətrafı ilə birlikdə 9 min kvadratkilometr idi. Bu tarixə qədər Cənubi Qafqazda Ararat (Hayastan) adında heç bir dövlət olmamışdır. Lakin bu ərazi ilk növbədə İrəvan şəhəri və onun ətrtafında yerləşən 9 000 kv.km ərazini əhatə edirdi. Azərbaycan xalqının iradəsinin əksinə olaraq 1920-1929-cu illərdə sovet dövlətinin təzyiqləri nəticəsində 20,8 min kv.km ərazi Ermənistan SSR-ə verilmişdir. 

B.Əhmədov bildirib ki, keçirilən tədbir təşkilati baxımdan ilk addımdır. Qeyd etməliyik ki, konqresdə Qərbi Azərbaycan tarixinin bütün sahələrini əhatə edən tədbirlər keçirildi. Tədbirlərdə qardaş Türkiyə Cümhuriyyətinin bir neçə nüfuzlu universitetinin rəhbərləri və alimləri də iştirak etmişdilər. “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən festivalın əsas məqsədi Ermənistan Respublikasının inzibati sərhədləri daxilindəki qədim yurd yerlərimiz olan Qərbi Azərbaycan torpaqlarında xalqımızın min illərlə yaratdığı maddi və mədəni irsimizi təbliğ etməklə yanaşı, Qərbi Azərbaycana qayıdış prosesinə elm və təhsil ictimaiyyətinin dəstəyinin ifadə olunmasıdır. Qeyd edək ki, belə elmi konfrans və konqreslərin bu problemin həllinin tapılmasında mütəmadi olaraq keçirilməsi daha əhəmiyyətli olardı. 

Anar TURAN
XQ

Son xəbərlər