Türk dünyası memarlarının Şuşa simpoziumu

post-img

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən “Türk dünyası memarlarının Şuşa simpoziumu” başa çatıb.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarə­sinin təşkilatçılığı, Beynəlxalq Türk Mə­dəniyyəti və İrsi Fondunun dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan 60-a yaxın memar iştirak edib. Simpoziumun təşkilində əsas məqsəd Şuşada aparılan və apa­rılması nəzərdə tutulan tarixi memarlıq abidələrinin bərpası və konservasiya­sında, tarixi mühitin abadlaşdırılmasın­da Türk dünyası memarlarının təcrübə­sinin öyrənilməsi olub.

XQ

Son xəbərlər