SPECA ölkələrinin Bakı sərgisi başa çatıb

post-img

Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsi çərçivəsində keçirilən “Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı beynəlxalq sərgi dünən başa çatıb.

Bu irimiqyaslı ekspozisiya SPECA-nın yaradılmasının 25 illiyi münasibətilə Azər­baycanın xüsusi təşəbbüsü ilə təşkil olu­nub.

Bakı Ekspo Mərkəzinin 4 min kvadrat­metrlik sahəsini əhatə edən sərgidə yalnız SPECA ölkələrinin stendləri yer alıb. Hə­min stendlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsullarının nümunələri nümayiş olunur. Bütün stendlər Azərbay­can tərəfindən vahid dizayn formatında quraşdırılıb.

Sərginin Azərbaycan Milli Stendinin mərkəzində “Made in Azerbaijan” marka­sı ilə istehsal olunan məhsullar nümayiş etdirilib. Burada Azərbaycanın 33 şirkə­tinin istehsal etdiyi spirtli içkilər, meyvə şirələri, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, qurudulmuş mey­vələr, süd məhsulları, kosmetik vasitə çe­şidləri və “ABAD”çı sənətkarların hazırla­dıqları əl işləri təqdim olunub. Milli Stend iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf və innovasiyalar, nəqliy­yat infrastrukturu və tranzit, energetika, müdafiə sənayesi, turizm, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı kimi istiqamətləri əhatə edib.

XQ

Son xəbərlər