Bişkekdə “Dilimiz milli sərvətimizdir” adlı elmi-praktik konfrans

post-img

“Heydər Əliyev İli” çərçivəsində Bişkekdə “Dilimiz milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “İrs” İctimai Birliyinin və Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Ko­missiyasının birgə təşkilatçılığı ilə baş tutan konfransda rəsmi, ictimai qurum­ların nümayəndələri, hər iki ölkənin elm xadimləri və Azərbaycan diasporunun fəalları iştirak ediblər. 

Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Os­monaliyev dünyaşöhrətli siyasətçi Hey­dər Əliyevin 1995-ci ildə Qırğızıstanda keçirilən “Manas” dastanının 1000 illiyi ilə bağlı tədbirlərdə iştirak etdiyini, onun “Bir-birimizə kömək edəcək, böyük Ma­nasın qoyduğu yolla birlikdə irəliləyə­cəyik” müdrik fikrinin unudulmadığını xatırladıb. 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Milli mədəniyyəti­mizin, dilimizin, dinimizin, milli-mənəvi dəyərlərimizin ən böyük bilicisi və mü­dafiəçisi olan Heydər Əliyevin hələ so­vet dövründə, ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq milli dilin təbliği üzrə ardıcıl siyasət apardığı, Azərbay­can dilinə dövlət dili statusunun veril­məsi və onun qanunvericilikdə təsbit edilməsinə nail olduğu bildirilib. 

Digər çıxış edənlər Qırğızıstanla Azərbaycanı bir-birinə ortaq tarixi kök­lərin, mədəni ənənələrin və mənəvi-əx­laqi dəyərlərin bağladığını vurğulayıb, Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüblər. 

XQ

Son xəbərlər