Əli Əsədovun BMT Komissiyasının icraçı katibi ilə görüşü

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 24-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Həftəsinin əhəmiyyəti vurğulan­dı. UNESCAP-ın icraçı katibinin Azərbaycanın SPECA-ya sədr­liyi çərçivəsində ilk dəfə olaraq təşkil olunan və proqramın 25-ci ildönümünə təsadüf edən Zirvə görüşündə iştirakı yüksək qiymət­ləndirilib.

Azərbaycanın Komissiyanın əksər üzv ölkələri ilə müxtəlif sahələrdə yaxşı münasibətlərə malik olduğu bildirilərək, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından UNESCAP səmərəli platforma kimi dəyərləndirilib.

Azərbaycanın təşəbbüsü ilə Komissiya tərəfindən qəbul edil­miş nəqliyyat bağlantıları və da­yanıqlı enerjinin inkişafı üzrə qət­namələrin önəmi vurğulanıb. 

Görüşdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə uğurlu əməkdaşlığından bəhs edilib, bu əməkdaşlığın SPECA çərçivəsin­də iqtisadi-ticari, nəqliyyat-tranzit, energetika və qarşılıqlı maraq do­ğuran bütün digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin mövcud olduğu bildirilib.

Son xəbərlər